Elektriklə balıq ovlayan şəxsi cərəyan vurub

13:21 - 17 Mart 2024 - HADİSƏ

Salyanda elektriklə balıq ovlayan şəxsi cərəyan vurub.

Ucnoqta.az xəbər verir ki, hadisə Salyan rayonunun Sarvan kəndində qeydə alınıb.

Həmin ərazidən keçən kollektorda elektriklə balıq ovlamaq istəyən Lənkəran sakini Babayev Orxan Baba oğlunu cərəyan vurub.

O, ağır vəziyyətdə Salyan xəstəxanasına yerləşdirilib.///apa

Xəbər xətti