Xankəndi şəhərində xeyli silah-sursat tapılıb

10:52 - 16 Mart 2024 - HADİSƏ

Xankəndi şəhərində xeyli silah-sursat tapılıb.

Bu barədə Ucnoqta.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 15-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tapança, 3 qumbara, 1 alışdırıcı, 4 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Xəbər xətti