Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində mebel, 1 ədəd soyuducu və 1 ədəd kondisioner yanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 6 m² sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.