Lənkəranda bir neçə gün əvvəl həyat yoldaşını baltalayıb, özünə isə xəsarət yetirən şəxs ölüb.
"Report"un cənub bürosunun məlumatına görə, cinayətdə şübhəli bilinən Şahəddin Məlikovun bu gün saxlanıldığı istintaq təcridxanasında öldüyü bildirilir.
Onun ölümü ilə bağlı ailəsinə məlumat verilib.
Qeyd edək ki, qanlı hadisə rayonun Mamusta kəndində baş verib. Belə ki, martın 5-də kənd sakini - 1955-ci il təvəllüdlü Şahəddin Bayram oğlu Məlikov həyat yoldaşı - 1952-ci il təvəllüdlü Xanımqız Həsən qızı Məlikovaya balta ilə xəsarət yetirdikdən sonra bıçaqla özünü yaralayıb. Məlikov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.