Biləsuvarda 4 nəfər dəm qazından zəhərləndi - Biri öldü

10:04 - 15 Mart 2024 - HADİSƏ

Biləsuvarda 4 nəfər dəm qazından zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Belə ki, Cəbrayıl rayon məcburi köçkünləri üçün inşa edilmiş 2 saylı qəsəbədəki 284 saylı mənzildə yaşayan Allahverdiyev Yusif Xalıqverdi oğlu, Ağayev Coşqun Zakir oğlu, Ağazadə Zahir Yavər oğlu və Şəbnəm Etibar qızı Allahverdiyeva dəm qazından zəhərlənib.

Onlardan Şəbnəm Allahverdiyevanın hadisə yerində vəfat etməsi məlum olub. Digər şəxslərə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti