Xaçmaz rayonunun Fərzəlioba kəndi yaxınlığında meşəlik ərazidə ağacdan asılmış meyit tapılıb.
APA-nın Şimal bürosu xəbər verir ki, meyiti tapılan şəxsin Maqsudkənd kənd sakini 27 yaşlı Əliyev Pərvin Səbri oğlu olduğu məlum olub. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit Xaçmaz morquna aparılıb.
Qeyd edək ki, P. Əliyevin martın 11-də Maqsudkənd kəndində evdən çıxıb bir daha geri dönmədiyi barədə polisə müraciət edilib. O, itkin kimi axtarılılırdı.
Faktla bağlı araşdırma aparılır.