Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin IX sinif şagirdinin pəncərədən yıxılması barədə xəbərlər yayılıb.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ucnoqta.az-a bildirilib ki, idarənin əməkdaşları hazırda Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdədir:
“Hadisə ilə bağlı araşdırma aparılır. Məktəbdən verilən ilkin məlumata görə, Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq məqsədilə II mərtəbədə yerləşən sanitar qovşağın pəncərəsindən atılıb qaçmaq istəyərkən yerə yıxılıb.
Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb, şagirdə ilkin tibbi yardım göstərilib. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.
Hazırda uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Əlavə məlumat veriləcək”.
11:17
Bakıda şagird özünü məktəb binasından yerə atıb.
“Unikal”ın əldə etdiyi məlumata görə, hadisə ötən gün Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə baş verib.
Belə ki, sözügedən təhsil müəssisəsinin 9-cu sinif şagirdi dərs zamanı özünü məktəbin 2-ci mərtəbəsindən yerə atıb.
Qız uşağı müxtəlif bədən xəsarətləri alıb.
Onun hansı səbəbdən bu addımı atması hələlik məlum deyil.