Tbilisinin Samtredia küçəsində yerləşən yaşayış binasında güclü partlayış baş verib.
Ucnoqta.az Rustavi 2 telekanalına istinadən xəbər verir ki, partlayış birinci mərtəbədəki banket zalında baş verib. Bildirilir ki, obyekt yaxın müddətdə təmir olunub və işləmirdi. İlkin məlumata görə, səbəb qaz sızması olub.
Partlayış dalğası qonşu mənzillərin şüşələrini sındırıb.
Sakinlər təxliyə edilib. Səlahiyyətlilər 53 nəfəri otellərə yerləşdirib.