Bakıda 79, Goranboyda isə 68 yaşlı kişi intihar edib

10:05 - 14 Mart 2024 - HADİSƏ

Bakıda 79 yaşlı, Goranboyda isə 68 yaşlı kişilər intihar edib.

APA xəbər verir ki, 1945-ci il təvəllüdlü Aslanov Boris Qurbanoviç uzun müddətdir çəkdiyi xəstəlik səbəbindən yaşadığı Binəqədi rayonu Biləcəri qəsəbəsində evin yataq otağında qapının tutacağından kəndirlə özünü asaraq öldürüb.

Bundan başqa Goranboy rayon sakini, 1956-cı il təvəllüdlü Əliyev Alim İsmayıl oğlu da uzun müddətdir ağrıları səbəbindən evinin həyətindəki pilləkənin dəmirindən özünü kəndirlə asaraq canına qəsd edib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər xətti