Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları yanvarın 2-də vətəndaşlardan qanunsuz saxlanılan 2 avtomat, 2 ov tüfəngi müsadirə ediblər.
Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, silahlar keçirilən əməliyyat tədbirləri nəticəsində götürülüb.
Polis əməkdaşları bundan başqa 2 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edilib.
Həmçinin, ötən gün polis əməkdaşlarına respublikanın ayrı-ayrı rayonlarından 3 ədəd müxtəlif markalı tüfəng təhvil verilib.