Ucnoqta.az
www.ucnoqta.az

Ötən gün müsadirə edilən silah-sursatın sayı açıqlanıb

10:27 - 3 Yanvar 2024 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları yanvarın 2-də vətəndaşlardan qanunsuz saxlanılan 2 avtomat, 2 ov tüfəngi müsadirə ediblər.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, silahlar keçirilən əməliyyat tədbirləri nəticəsində götürülüb.

Polis əməkdaşları bundan başqa 2 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edilib.

Həmçinin, ötən gün polis əməkdaşlarına respublikanın ayrı-ayrı rayonlarından 3 ədəd müxtəlif markalı tüfəng təhvil verilib.

Müəllif: Ucnoqta.az redaksiyası