İsrailin Qəzza zolağında keçirdiyi əməliyyata cavab olaraq Amerikanın Ayn əl-Əsəd aviabazasına pilotsuz təyyarə ilə hücum edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə FarsNews yazıb.
Dekabrın 15-də səhər İraqın şiə silahlı qüvvələri agentliyə pilotsuz təyyarədən istifadə edərək ABŞ bazasına hücum barədə məlumat ötürüb. Hücum İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatla əlaqələndirilib. Dəymiş ziyanın təfərrüatları barədə məlumat verilməyib.