Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-ın İraqdakı bazasına pilotsuz təyyarələrlə hücum olub

11:50 - 15 Dekabr 2023 tarixində dərc olunub.

İsrailin Qəzza zolağında keçirdiyi əməliyyata cavab olaraq Amerikanın Ayn əl-Əsəd aviabazasına pilotsuz təyyarə ilə hücum edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə FarsNews yazıb.

Dekabrın 15-də səhər İraqın şiə silahlı qüvvələri agentliyə pilotsuz təyyarədən istifadə edərək ABŞ bazasına hücum barədə məlumat ötürüb. Hücum İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatla əlaqələndirilib. Dəymiş ziyanın təfərrüatları barədə məlumat verilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası