Qırğızıstan prezidentindən ad günü ilə bağlı qadağa

11:51 - 6 Dekabr 2023 - Xəbər

Qırğızıstan prezidenti Sadır Japarov ad günündə məmurların ona hədiyyə verməsini qadağan edib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov deyib.

Baysalov xatırladıb ki, dekabrın 6-sı dövlət başçısının yubileyidir, onun 55 yaşı tamam olur. O, Japarovu “müstəsna təvazökar insan” adlandırıb və əlavə edib ki, məmurlara ona hədiyyə verməyi qadağan edib.

Nazirlər Kabineti sədrinin müavini həmçinin qeyd edib ki, prezident tarixi miqyasda transformasiyalar həyata keçirərək ölkədəki vəziyyəti hər mənada tamamilə dəyişdirə bilib və islahatları davam etdirməyi planlaşdırır.

Xəbər xətti