Dünyanın ən populyar smartfonlarının adı açıqlanıb

11:41 - 6 Dekabr 2023 - MARAQLI

Counterpoint Research analitik agentliyi 2023-cü ilin üçüncü rübündə qlobal bazarda smartfon satışlarının statistikasını təqdim edib.

Ucnoqta.az xəbər verir ki, satılan cihazların sayına görə iPhone 14 lider olub, nüfuzlu insayder Revegnus X sosial şəbəkəsindəki səhifəsində məlumat verir.

iPhone 14-ün 2022-ci ilin payızında satışa çıxmasına baxmayaraq, smartfon ardıcıl üçüncü rübdür ki, bazar lideri mövqeyini qoruyub saxlayır. Eyni zamanda, iPhone 14 Pro Max və Pro müvafiq olaraq ikinci və üçüncü yerləri tutur. Baza iPhone 13 modeli dördüncü yerdədir. Ən populyar Android cihazı ümumi siyahıda beşinci yeri tutan büdcəli Samsung Galaxy A14 4G olub.

Reytinqdə sonrakı yerləri Samsung Galaxy A14 5G, Galaxy A54 və Galaxy 04e bölüşdürür. Redmi 12C doqquzuncu yerdədir, ilk onluğu isə Galaxy A34 qapayır.

Analitiklərin hesablamalarına görə, hesabat dövründə bu on model ümumi qlobal smartfon satışlarının 19%-ni təşkil edib.

Xəbər xətti