Azərbaycanda məktəbli qızılcadan ölüb.
Ucnoqta.az olke.az-a istinadən bildirir ki, bunu 195 saylı orta məktəbin direktoru Laçın Hüseyinli deyib.
Son 5 gündə 200-dən çox yoluxma olduğunu deyən direktor 3 növbəli məktəbin bir nəfər də olsa, həkimi olmadığını söyləyib.
L.Hüseyinli əlavə edib ki, iki ildir məktəb üçün tibb bacısı tələb etmələrinə baxmayaraq müvafiq addım atılmayıb.