İtaliyada qeyri-adi isti hava

16:26 - 2 Oktyabr 2023 - Xəbər

Oktyabr ayı üçün anomal isti hava bütün Apennin adalarında hökm sürür, hətta ölkənin şimal şəhərlərində gündüz temperaturu 30 dərəcə Selsi civarındadır.

Ucnoqta.az “La Repubblica”ya istinadən yazır ki, söhbət oktyabr ayı üçün rekord göstəricilərdən gedir.

Nəşrin məlumatına görə, bu həftənin əvvəlində Roma və Florensiyada, eləcə də ölkənin şimalındakı bəzi ərazilərdə 33 dərəcəyədək istilərin pikləri gözlənilir. Çərşənbə günündən etibarən İtaliyanın şimalında temperaturun bir qədər aşağı düşəcəyi, lakin bu dövr üçün göstəricilərin hələ də orta səviyyədən yuxarı qalacağı vurğulanır.

Qeyd edilir ki, 2023-cü il hazırda İtaliyada 1800-cü ildən bəri qeydə alınmış ən isti illərdən biridir. Havanın temperaturu tarixi orta göstəricidən 0,67 dərəcə yüksək olub.

Xəbər xətti