Fici sahillərində yaxta qəzaya uğrayıb

11:27 - 25 Sentyabr 2023 - DÜNYA

Fici arxipelaqı sahillərində Yeni Zelandiyaya məxsus yaxta qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Radio New Zealand” məlumat yayıb. Məlumata görə, bir nəfər ölüb, daha iki nəfər isə ağır yaralanıb.

Bildirilir ki, üç Yeni Zelandiya vətəndaşından ibarət ekipajı olan yaxta Viti Levu arxipelaqının əsas adasının qərb sahillərində gəminin dirəyi qırıldıqdan sonra qəzaya uğrayıb. Fici Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi köməyə göndərilib.

Xəbər xətti