Məşhur futbolçu ölən oğlunun sevgilisi ilə eşq yaşayır - FOTO

12:11 - 4 İyun 2023 - MAQAZİN

2021-ci ildə Almaniya millisinin keçmiş kapitanı, "Bavariya" və "Çelsi"nin keçmiş yarımmüdafiəçisi Mixael Ballakın həyatında faciə baş verib. 

İdmançının 18 yaşlı oğlu Emilio dörd təkərli velosipedlə (kvadrosikl) idarəetməni itirərək dünyasını dəyişib. Nəqliyyat yuxarıdan kiçik Ballakın üzərinə düşüb, həkimlər onu xilas edə bilməyiblər. Bütün bunlar Mayklın Portuqaliyadakı villasının yaxınlığında baş verib, o, üç oğlunu ailəvi barbekü üçün yığıbmış.

Məlumdur ki, Bundestimin keçmiş kapitanı oğlunun ölümündən çox üzülüb - məsələn, o, kömək üçün psixiatrlara müraciət edib. Oğul Ballakın uşaqlıqdan dostluq etdiyi model Sofiya Şnayderman da həmin an çox narahat olub.

Emilionun itkisi Şnaydermanı ata Ballak ilə yaxınlaşdırıb. Əvvəlcə "Bild”in əməkdaşının diqqətini Berlin ətrafında gəzən cütlük çəkib və hətta onların öpüşməsini lentə alıb.

Sonra Mixael və Sofiya (yaş fərqi – 24-dür) birlikdə İsveçrədə "Art Bazel” sənət sərgisini ziyarət ediblər. Cütlük münasibətlərini reklam etdirməyib, amma həqiqətən görüşdüklərini təsdiqləyiblər.

Ballak rəsmi olaraq bir dəfə - 2008-ci ildən 2012-ci ilə qədər Simona Lambo ilə evli olub (lakin doxsanıncı illərin sonundan daha uzun müddət görüşüblər). Simona futbolçunun üç övladını dünyaya gətirib: Luis 2001-ci ilin avqustunda, Emilio 2002-ci ilin sentyabrında, Yordi isə 2005-ci ilin martında anadan olub.

Qeyd edək ki, Mixael Ballak 1976-cı il sentyabrın 26-da Qörlitzdə - keçmiş Almaniya Demokratik Respublikasında anadan olub.Ballak karyerasını beş klubda keçirib: "Kemnitzer” (1995-1997), "Kayzerslautern” (1997-1999), "Bayer 04” (1999-2002, 2010-2012), "Bavariya” (2002-2006) və "Çelsi” (2006-2010).Futbolçunun əsas nailiyyətləri arasında: "Kayzerslautern”lə Almaniya çempionu titulu (1997/98), "Bavariya” ilə Bundesliqada üç qələbə, "Çelsi” ilə Premyer Liqa titulu (2009/10) və 2002-ci ildə Almaniya millisi ilə Dünya Kubokunun finalına çıxmaq. 2002-ci ildə Ballak UEFA tərəfindən ilin yarımmüdafiəçisi seçilib.2006-cı ildə Roman Abramoviç Ballak üçün heç bir ödəniş etməyib və Mixael Münhendən Londona azad agent kimi keçib.///lent.az


Xəbər xətti