2025-ci ilə qədər Xəzər kurortuna investisiya 1 milyard dollara çata bilər - Ağalarov

16:41 - 30 May 2023 - Xəbər

Azərbaycanda Xəzər dənizində "Sea Breeze" kompleks kurortunun tikintisinə investisiyaların həcmi 2025-ci ilə qədər 1 milyard dollara çata bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a layihənin tərtibatçısı, rusiyalı iş adamı Emin Ağalarov məlumat verib.

“Hazırda layihəyə yatırılan investisiyaların həcmi, xarici və mənim sərmayələrin həcmi təxminən 700 milyon dollardır, lakin düşünürəm ki, yaxın bir neçə ildə biz təxminən 1 milyard dollara arxalana bilərik”, - o deyib.

Ağalarov vurğulayıb ki, layihədə artıq 500 min kvadratmetrə yaxın ərazi tikilib. Hazırda kotteclərdən tutmuş iri mehmanxanalara qədər müxtəlif ölçülü 50-yə yaxın bina tikilir, gələn il daha 100-ə yaxın binanın tikintisinə başlanılması nəzərdə tutulur.

Kurortun hələ də ideya və konsept mərhələsində olan əlamətdar layihələri arasında o, 10.000 yerlik Kolizey formasında konsert zalı və suni adada yerləşən kruiz gəmisi şəklində olan otelin olacağını qeyd edib.

Bakıətrafı qəsəbələrdə Xəzər dənizinin sahilində Sea Breeze qəsəbəsinin yaradılması 2005-ci ildə bitişik çimərliyi olan beşulduzlu otelin tikintisi ilə başlanmışdır. Layihəyə artıq istifadəyə verilmiş və ya tikintisi planlaşdırılan yaşayış və kommersiya obyektləri, o cümlədən yaşayış kompleksləri, rezidensiyalar, villalar, otellər, restoranlar və ticarət kompleksləri, habelə sosial infrastruktur daxildir. Ərazinin ümumi inkişaf sahəsi təxminən 450 hektara yaxındır.

Xəbər xətti