Bağlanan YDM ilə bağlı ilginc faktlar - “ATF” MMC-ni Saleh Məmmədovla...

18:39 - 22 Fevral 2023 - Xəbər

Göyçayda fəaliyyəti dayandırılan "Göyçay Petrol-A” MMC-yə məxsus yanacaqdoldurma (YDM) məntəqəsi barədə maraqlı məlumatlar əldə etmişik. 

Ucnoqta.az qaynarinfo-ya istinadən xəbər verir ki, YDM-in fəaliyyətinin dayandırılması ilə bağlı məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb. 

Bildirilir ki, məntəqətədə aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Məlum olub ki, obyektin ərazisində inşa olunan və quraşdırılan təndirxana, həmçinin digər ticarət obyektlərinin layihə sənədləri və istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. 

FHN hesab edib ki, obyektin bu şəkildə istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək, faciəni qaçılmaz edəcək. Bu baxımdan, YDM-in fəaliyyəti dayandırılıb.

İndi isə keçək "Günəş Petrol-A” MMC barəsində əldə etdiyimiz yeni məlumatlara...

MMC 15 avqust 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. MMC-nin qanuni təmsilçisi isə Şirinov Kamil Kərim oğludur. Amma şirkətin sahibi "ATF” MMC-nin sahibləri olan Muradov qardaşlarıdır. Söhbət Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarından gedir. 

Yeri gəlmişkən, "ATF” şirkətinin adı qardaşlarının adlarının baş hərflərinin birləşməsidir. 


Xəbər xətti