Britaniyanın dövlət naziri Azərbaycanın minatəmizləmə mütəxəssisləri ilə görüşüb

12:20 - 22 Fevral 2023 - Xəbər

"Minalarla mübarizə Azərbaycanla əməkdaşlığımızın çox mühüm hissəsidir."

Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould Tvitter hesabında yazıb.

 O qeyd edib ki, bu səbəbdən Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Doçerti səfəri zamanı minatəmizləmə mütəxəssisləri ilə görüşüb.
"Biz piyada əleyhinə minalarla mübarizənin vacibliyini və Böyük Britaniyanın bu sahədə Azərbaycana dəstəyini müzakirə etdik", - diplomat vurğulayıb.


Xəbər xətti