Ebeko vulkanı 4,5 km hündürlüyə kül atıb

09:24 - 22 Fevral 2023 - Xəbər

Vulkanoloqlar Saxalin vilayəti Böyük Kuril silsiləsində Paramuşir adasındakı Ebeko vulkanında 4,5 km hündürlüyündə kül dumanı qeydə alıblar

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidmətindən jurnalistlərə bildiriblər.

Məlumata görə, vulkandan çıxan kül leyləkləri şərqə doğru 5 km-ə qədər məsafəyə yayılıb.
Ebeko Paramuşirin şimal hissəsində yerləşir. Vulkanın hündürlüyü 1156 m-dir.

Qeyd edək ki, vulkan 2016-cı ilin noyabr ayının ortalarında aktivləşib.

Ruhəngiz

Xəbər xətti