"Whatsapp" istifadəçiləri üçün yeni FUNKSİYA

10:41 - 21 Fevral 2023 - MARAQLI

“WhatsApp” messencerinin istifadəçiləri üçün videozənglərlə bağlı yeni funksiya əlçatan olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.

Məlumata görə, messencerin tərtibatçıları eyni vaxtda video formatında danışmağa və üçüncü tərəf proqramlarından istifadə etməyə imkan verən şəkil içində şəkil videozəng rejimini təqdim ediblər. Zəng ekranı kiçildildikdə ekran ətrafında hərəkət etdirilə bilən kiçik üzən pəncərəyə çevrilir.

Qeyd olunur ki, yeni funksiya artıq iOS əməliyyat sistemi üçün WhatsApp 23.3.77 versiyasını quraşdırmış istifadəçilər üçün əlçatandır. Bundan əlavə, bu yeniləmə bəzi digər funksiyalardan istifadə etməyə - sənədlərə imza əlavə etmək, həmçinin qruplar üçün daha uzun təsvirlər əlavə etmək imkanı verir.

Xəbər xətti