"Twitter"ə qarşı 14 milyonluq doqquz iddia

09:43 - 20 Fevral 2023 - MARAQLI

İlon Maskın "Twitter"i almasından sonra şirkətin maliyyə itkiləri artıb.

Ucnoqta.az xəbər verir ki bu barədə "The Wall Street Journal" məlumat yayıb. Ödənilməmiş hesablarla bağlı Twitter-ə qarşı ümumi məbləği 14 milyon dollardan çox olan ən azı doqquz iddia qaldırılıb.

İddiaçılar son bir neçə ay ərzində öz xidmətləri üçün 14 milyon dollardan çox pul ödəmək üçün qanuni müraciət ediblər.
Qəzetin qeyd etdiyi kimi, bu vəziyyət İlon Maskın Twitter-i almasından sonra şirkətin artan maliyyə itkiləri ilə bağlıdır.

Xəbər xətti