Qaziantepdə dağılmış binanın dağıntıları altında qalan 40 yaşlı Sibel Kaya 170 saat sonra xilas edilib.
Ucnoqta.az xəbər verir ki, Kahramanmaraşda baş vermiş dağıdıcı zəlzələdən sonra Qaziantepin İslahiye rayonunda dağılmış binaların dağıntıları üzərində axtarış-xilasetmə işləri davam edir.
Xilasedicilər dağılmış 5 mərtəbəli Zamanlar yaşayış binasının birinci mərtəbəsində dağıntılardan 170 saat sonra çatdıqları Sibel Kayanı xilas edib.
Qadın xəstəxanaya aparılıb.
Ruhəngiz