Elnur Hidayətoğluna yeni vəzifə verildi

09:24 - 13 Fevral 2023 - Xəbər

Bakı Baş Səhiyyə Mərkəzinə yeni sözçü təyin olunub.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, Elnur Hidayətoğlu mərkəzin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, E.Hidayətoğlu bu təyinata qədər Kliniki Tibbi Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. O, fevralın 1-də öz ərizəsi ilə işdən çıxmışdı.

Xəbər xətti