Fransanın "PSJ" komandasının argentinalı ulduzu Lionel Messi Türkiyə və Suriyada baş verən zəlzələ qurbanlarına dəstəyini ifadə edib
Ucnoqta.az xəbər verir ki, argentinalı ulduz futbolçu bununla bağlı sosial media hesabında paylaşım edib.
"Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkən minlərlə uşaq və onların ailələri üçün çox kədərli bir gündür. Ürəyim onlarladır. UNICEF zəlzələnin başlanmasından bəri bölgədə uşaqları zəlzələdən qorumaq üçün çalışır."