Zəlzələdən 147 saat sonra 10 yaşlı uşaq dağıntılar altından xilas edilib

16:04 - 12 Fevral 2023 - Xəbər

Hatayda baş verən zəlzələnin 147-ci saatında 10 yaşlı qız uşağı dağıntılar altından xilas edilib.

Ucnoqta.az xəbər verir ki, Kahramanmaraşda zəlzələ nəticəsində dağılan binaların dağıntılarında axtarış-xilasetmə işləri davam edir.

İşlərin davam etdiyi Hatayda zəlzələnin 147-ci saatında 10 yaşlı qız dağıntılar altından xilas edilib.

Böyük ehtiyatla xərəyə qoyulan uşaq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Xəbər xətti