Bakıda ərzağın, içkilər və tütünün istehlak qiymətləri indeksi artıb

09:03 - 12 Fevral 2023 - Xəbər

Ötən ilin dekabr ayında Bakı şəhərində ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 101,5 faiz, 2022-ci ilin yanvar-dekabr aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 117,8 faiz təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən Trend-ə verilən məlumata əsasən, 2022-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,4 faiz, 2022-ci ilin yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 109,5 faiz olub.

Xəbər xətti