Zəlzələ nəticəsində dağılan daha bir tikinti şirkətinin rəhbəri həbs edilib

20:46 - 11 Fevral 2023 - Xəbər

Qaziantepdə zəlzələ nəticəsində dağılan və 9 nəfərin həyatını itirdiyi binanın podratçısı İstanbulda saxlanılıb.

Ucnoqta.az Türkiyə  mətbuatına istinadən xəbər verir ki, Qaziantepdə baş verən zəlzələ nəticəsində 9 nəfərin həyatını itirdiyi Qazi Mahallesi Zübeyde Xanım Bulvarında yerləşən Bahar Yaşayış binasının podratçısı İbrahim M.U. İstanbulun Pendik mahalının Yenişehir səmtində tutularaq saxlanılıb.

Bildirilib ki, podratçı İbrahim M.U.-nun səhlənkarlığı binanın qazıntısına və üzərində aparılan texniki ekspertiza zamanı müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçildikdən sonra nəzarətə götürülüb.

Xəbər xətti