Hatayda zəlzələdən 131 saat sonra 7 yaşlı İrəm dağıntılar altından xilas edilib.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hatayın Belen rayonunda zəlzələdən 131 saat sonra dağılan binanın altında qalan qız xilas edilərək xəstəxanaya aparılıb.
Əsrin fəlakəti olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli Sarımazı rayonunda baş verən zəlzələlərdə dağılan 4 mərtəbəli binanın dağıntıları arasında səslərin eşidilməsinin ardından xilasetmə qrupları bölgədə işlərini gücləndirib.
Xilasetmə qruplarının işi nəticəsində 7 yaşlı İrəm xəstəxanaya aparılıb.
İrəmin anası əvvəlki gün eyni binanın dağıntıları altından xilas edilərək müalicə üçün Mersinə göndərildiyi, 2 qardaşının cəsədinin isə dağıntılar arasından tapıldığı məlum olub.