Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 211 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 61, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 78, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 20 nəfərdir.