1998-ci il dünya çempionatında Xorvatiya ilə bürünc medal qazanan məşqçi Miroslav Blazeviç vəfat edib.
Ucnoqta.az xəbər verir ki, Miroslav Blazeviç xərçəng xəstəliyindən vəfat edib.
1994-2000-ci illərdə Blazeviç Xorvatiya millisinin baş məşqçisi olub, onunla Avro-1996-nın 1/4 finalına çıxıb və 1998-ci il Dünya Kubokunda bürünc medal qazanıb.
Məşqçi 1935-ci ildə anadan olub.
Uzun illərdir xərçənglə mübarizə aparan məşqçi bu yaxınlarda yaxınları ilə vidalaşıb və ölümündən on gün əvvəl “şansının olmadığını” etiraf edib.
Blazeviç məşqçilik karyerası ərzində İran, İsveçrə, Bosniya və Herseqovina yığmalarına, Çinin gənclərdən ibarət yığmasına da rəhbərlik edib.
Xorvatiya, Yunanıstan, Fransa, Bosniya, Çin, Sloveniya, İran klublarında çalışıb.
Emin