Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir

08:45 - 27 Yanvar 2023 - DÜNYA

Yaponiya Nazirlər Kabineti fevralın 3-dən Rusiyaya tibbi avadanlıq, peyvənd və robotların tədarükünü qadağan edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib. Yaponiya hökuməti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirir və yeni məhdudiyyətlər paketi çərçivəsində fevralın 3-dən radioaktiv materialların, peyvəndlərin və tibbi məhsulların, eləcə də robotların ixracına qadağa qoyur.

Qadağaya nüvə obyektləri, neft və təbii qaz kəşfiyyatı üçün avadanlıqlar, müxtəlif kimyəvi maddələr, o cümlədən gözyaşardıcı qaz və barmaq izi tozu, həmçinin partlayıcı maddələrin aşkarlanması üçün avadanlıqlar, portativ generatorlar, lazer qaynaq maşınları daxildir. Ümumilikdə yeni siyahıda 80-dən çox maddə var.

Emin

Xəbər xətti