Bakının bu rayonlarında su kəsilib

09:38 - 8 Dekabr 2022 - Cəmiyyət

Kür-Bakı magistral su kəmərində baş vermiş qəzaya görə Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Ucnoqta.az "Azərsu" ASC-yə istinadən xəbər verir ki, əraziyə qəza briqadaları və xüsusui texnika cəlb olunub, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Xəbər xətti