Fransa millisinin müdafiəçisi Luka Hernandes daha DÇ-2022-ci il çempionatında oynaya bilməyəcək
Ucnoqta.az xəbər verir ki, Fransa millisinin mətbuat xidmətindən verilən məlumata görə, futbolçuya sağ dizinin ön çarpaz bağının qopması diaqnozu qoyulub. Belə xəsarətlərlə bərpa dövrü ən azı altı ay çəkir. Belə ki, o, turnirin sonuna qədər meydana daxil olmayacaq.
Hernandes Avstraliya yığması ilə dünya çempionatının qrup mərhələsinin 1-ci turunun matçına start heyətində çıxıb. Amma 13-cü dəqiqədə zədə səbəbindən əvəzlənib. Turnirə fransızlar 4:1 hesablı qələbə ilə başlayıb.