Qazaxda çörək sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO

17:54 - 22 Noyabr 2022 - HADİSƏ

Qazax rayonunda çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Ucnoqta.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Qazax rayonunun Aslanbəyli kəndində fəaliyyət göstərən, Əminə Şamil qızı Şəmmədovaya məxsus çörək istehsalı müəssisəsində plandankənar yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə sanitar norma və qaydaların, eləcə də qida təhlükəsizliyi ilə bağlı texniki normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Müəssisənin ümumi sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, orada çörək istehsalı zamanı texnoloji ardıcıllıq prinsipinə riayət edilməsi üçün müvafiq şəraitin yaradılmadığı müəyyən olunub. Həmçinin müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasını və işçilərin tibbi müayinədən keçməsini təsdiq edən müvafiq sənədlər də yoxlamaya təqdim olunmayıb.

Yoxlama zamanı aşkar edilmiş çatışmazlıqlarla əlaqədar çörək istehsalı müəssisəsinin sahibi barəsində inzibati qaydada protokol tərtib olunub. Həmçinin müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

 


Xəbər xətti