Azərbaycan təmsilçiləri İndoneziyanın paytaxtı Cakartada keçirilən Karate1 Seriya A turnirində medal qazanıblar.
Bu barədə Ucnoqta.az-a Federasiyadan məlumat verilib. 
                       
                                             
                                                        
Kişilərin mübarizəsində Ayxan Mamayev (84 kq), qadınların yarışında isə Mədinə Sadıqova (55 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıblar.
Renata Ərəbli (61 kq) isə bürünc mükafat şansını əldən verib. İdmançıları kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev müşayiət edib. 
                       
                                             
                            
                            
Qeyd edək ki, mövsümün son Seriya A turnirində 65 ölkədən 661 karateçi iştirak edib.