Agentina millisinin lideri Lionel Messi Qətərin paytaxtı Dohada otellərin birindədir.
Fanat.Az "Ole"yə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu ilk dəfə otaq yoldaşı ilə deyil, tək qalır.
Xəbərə görə, onun yaxın dostu, millidəki komanda yoldaşı Serxio Aquero karyerasını bitirdiyi üçün Messi başqa otaq yoldaşı istəmir. Superulduzun DÇ-2010-da Xuan Sebastyan Veronla, sonrakı iki mundialda isə məhz Aquero ilə eyni nömrəni bölüşdüyü bildirilib.