Qvadalaxarada (Meksika) taekvondo üzrə dünya çempionatı keçirilir.
Ucnoqta.az xəbər verir ki, çempionatın üçüncü günündə daha bir idmançımız Eltac Qafarov (74 kq) mübarizə aparacaq. Onun ilk rəqibi Çenq-Çi Vey (Tayvan) olacaq.
Üç taekvondo “milli” artıq çıxışlarını başa vurub. Yığmanın hesabında bir bürünc medal var ki, onu Cavad Ağayev (68 kq) qazanıb.