Futbol üzrə Azərbaycan milli komandasının Moldova yığması ilə Bakıda keçirəcəyi yoldaşlıq oyunu üçün start heyəti açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, son rəsmi oyunlarla müqayisədə ciddi dəyişikliklər baş verib. Bu ilk növbədə müdafiə xətti ilə bağlıdır.
Əgər gözlənilməz heç nə baş verməsə, o zaman ilk dəqiqələrdən Canni De Byazi meydana aşağıdakı heyəti buraxacaq: Şahruddin Maqomedəliyev, Bəxtiyar Həsənalızadə, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Xocat Haqverdi, Riçard Almeyda, Emin Mahmudov, Aleksey İsayev, Ramil Şeydayev , Ozancan Kekçu, Musa Qurbanlı.
Ola bilsin ki, Qurbanlının əvəzinə meydana Renat Dadaşov çıxsın. Qərar matç başlamazdan dərhal əvvəl veriləcək.
Moldova - Azərbaycan oyunu bu gün "Zimbru" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.