Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi karyerasını uzun müddət davam etdirmək fikrində olmadığını bildirib.
Ucnoqta.az xəbər verir ki, argentinalı etiraf edib ki, hələ də futboldan həzz alır, lakin uzunmüddətli perspektivdə özünü futbolda görmür.
"Futbolu sevirəm, sadəcə oynamağı və əylənməyi sevirəm, bütün həyatım boyu məşğul olduğum yeganə şey futbol oynamaqdır. Əminəm ki, futbolçu karyeram bitdikdən sonra həyatım da bu idman növü ilə bağlı olacaq".
Messinin PSJ ilə müqaviləsi bu mövsümün sonunda başa çatır.
Qeyd edək ki, bundan əvvəl hücumçu Qətərdəki dünya çempionatının onun üçün sonuncu olacağını etiraf etmişdi.