"Transfermarkt" portalı bu il Qətərdə keçiriləcək dünya çempionatının ən bahalı futbolçularının reytinqini tərtib edib.
Ucnoqta.az xəbər verir ki, mundialın ən bahalı oyunçusu PSJ-də çıxış edən Fransa yığmasının hücumçusu Kilian Mbappe olub.
İkinci yeri İspaniya "Real Madrid"indən Braziliya yığmasına çağırılan Vinisius Junior tutub.
İlk üçlüyü "Mançester Siti"nin də formasını geyinən İngiltərə millisinin futbolçusu Fil Foden qapayıb.
DÇ-2022-nin ən bahalı 10 futbolçusu
Kilian Mbappe (Fransa) - 160 milyon avro
Vinisius Junior (Braziliya) - 120 milyon avro
Fil Foden (İngiltərə) - 110 milyon avro
Camal Musiala (Almaniya) - 100 milyon avro
Pedri (İspaniya) - 100 milyon avro
Cud Bellingem (Almaniya) - 100 milyon avro
Federiko Valverde (Uruqvay) - 100 milyon avro
Harri Keyn (İngiltərə) - 90 milyon avro
Bukayo Saka (İngiltərə) - 90 milyon avro
Qavi (İspaniya) - 90 milyon avro