Moldova - Azərbaycan oyunun hakimləri açıqlanıb

13:16 - 14 Noyabr 2022 - İDMAN

Azərbaycan yığmasının noyabrın 16-da Moldova ilə keçirəcəyi yoldaşlıq görüşünün hakimləri müəyyənləşib.

Ucnoqta.az xəbər verir ki, Kişinyovda keçiriləcək qarşılaşma ukraynalı hakimlər briqadasına tapşırılıb.

Görüşü Denis Şurman idarə edəcək. Ona Aleksandr Jukov və Viktor Nıjnık kömək edəcəklər. Dördüncü hakim funksiyasını Roman Jitari yerinə yetirəcək.

Qeyd edək ki, “Zimbru” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər xətti