Fransa millisi DÇ-2022 üçün heyəti təqdim edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, heyətdə Benzema, Mbappe kimi ulduzlar var. Yeri gəlmişkən, Kərim Benzema turnirdən əvvəl "Real"ın “Kadis” ilə matçında oynamayacaq. Bu qarşılaşma bu gün, noyabrın 10-da baş tutacaq.
Benzemanın “Kadis” ilə oyunda iştirak etməməsini bəzi şərhçilər hücumçunun zədələnməkdən ehtiyatlandığı və özünü milli komandaya saxlaması ilə izah edirlər.
Xatırladaq ki, hücumçu sol ayağının bud əzələlərində problem olduğu üçün noyabrın 10-da “Kadis”lə “Real”matçını buraxacaq. Beləliklə, “Qızıl top”un sahibi Madridin son 6 oyunundan 5-ni buraxacaq. Belə fikirlər səsləndirilib ki, fransalı sadəcə dünya çempionatı başlamamışdan əvvəl özünü qorumaq istəyir.
“Mən bu insanlara heç nə deməli deyiləm. Əvvəla, Kərimin özü üçün bu pisdir - o, dünya çempionatına kifayət qədər oynamadan gələcək. Ən yaxşı formada olmaq üçün oynamaq vacibdir. Mən deyilənlərə inanmıram, cəfəngiyyatdır.
Məni heç nə narahat etmir, o, komandaya kömək edə bilməyəcək, amma çalışdı. Narahatçılığa, problemə görə komandaya qayıda bilmədi, amma bunda qəbahət yoxdur”, - deyə “Real”ın baş məşqçisi Karlo Ancelotti bildirib.