Pike karyerasının son matçında qırmızı vərəqə aldı

10:05 - 9 Noyabr 2022 - İDMAN

"Barselona" futbol komandasının müdafiəçisi Jerar Pike İspaniya çempionatının XIV turunda "Osasuna" ilə oyunda (2:1) qırmızı vərəqə alıb.

Ucnoqta.az xəbər verir ki, bu oyun onun karyerasında sonuncu olub, lakin futbolçu ikinci hissədə meydana daxil olmayıb.

35 yaşlı ispaniyalı Robert Levandovskinin qırmızı vərəqə almasından narazı qalaraq, ilk hissənin bitdiyini bildirən fitin çalınmasından sonra baş hakim Xesus Xil Mandanoya yaxınlaşıb. Onların arasında mübahisə yaranıb və bu, Pikenin oyundan kənarlaşdırılması ilə nəticələnib.

“MisterChip”in məlumatına görə, Pike dialoq zamanı Levandovskini göstərərək hakimdən “sən ümumiyyətlə kimi oyundan kənarlaşdırdığını gördün?”, - sualını verib.

Noyabrın 3-də Pike peşəkar futboldan getdiyini açıqlayıb. O, noyabrın 5-də “Almeriya” ilə oyundan (2:0) sonra “Kamp Nou” tribunaları ilə vidalaşıb.///report

Xəbər xətti