UEFA Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində "Qarabağ" Almaniyanın "Frayburq" komandası ilə qarşılaşıb
Ucnoqta.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri qrup mərhələsində son matçına çıxıb. 1:1 hesablı heç-heçə edən "köhlən atlar" UEFA Konfrans Liqasının pley-offunda iştirak edəcək.
Avropa Liqası, qrup mərhələsi
VI tur, G qrupu
3 noyabr
21:45. “Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya) - 1:1
Qollar: Ovusu Kvabena, 90+2 - Nils Petersen, 24 (pen.)
Qırmızı vərəqə: Kevin Medina, 60
Baş hakim: Aleksey Kulbakov (Belarus)