UEFA Avropa Liqasında bu gün qrup mərhələsinə yekun vurulacaq.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” doğma meydanda “Frayburq”u qonaq edəcək. "Köhlən atlar" üçün bu oyun böyük önəm daşıyır.
Ağdamlılar qalib gələcəyi təqdirdə “Olimpiakos” - “Nant” qarşılaşmasının nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.
Matçı belaruslu hakimlər briqadası idarə edəcək.
Avropa Liqası, qrup mərhələsi
VI tur, G qrupu
3 noyabr
21:45. “Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya)
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu