Göyçayda polislərin olduğu avtomobil qəzaya düşdü – FOTO

20:29 - 1 Noyabr 2022 - HADİSƏ

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi bas verib.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Göyçay – Ucar magistral yolunun 8-ci km-də, Xəlitli kəndi ərazisində qeydə alınıb.

Ucar istiqamətində hərəkətdə olan VAZ markalı sərnişin avtomobili yoldan çıxaraq qaz xəttinə dəyib.

Nəticədə maşında olan sürücü və iki nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar dərhal Göyçay Mərkəzi Xəstəxanasina çatdırılıb.

Hadisə nəticəsində qaz xətti də zərər görüb.

Maşında olan şəxslərin Mühafizə Polisinin əməkdaşları olduğu bildirilir. Onlar xidmət üçün Ucar rayonuna gedirlərmiş.

Hazırda fakt araşdırılır.


Xəbər xətti